COVID-19-a yoluxma sayında ikinci olan dövlət əcnəbilərin ölkəyə gəlməsinə icazə verdi

  • SpaceTV
  • 30 İyul 2020 11:20

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayına görə ikinci pillədə olan Braziliya əcnəbilərə hava nəqliyyatından istifadə edərək, ölkəyə gəlməyə icazə verib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd olunur ki, ölkəyə dəniz və quru yolları ilə daxil olmaq hələ də qadağandır.

Xatırladaq ki, son sutka ərzində Braziliyada koronavirusa 69 750 yeni yoluxma və 1 595 ölüm faktı qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun