COVID-19 əleyhinə peyvəndin qeydiyyata alınacağı vaxt məlum oldu

  • Space TV
  • 21 İyul 2020 13:25

Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin qeydiyyata alınması məsələsinə aydınlıq gətirilib.

REN TV xəbər verir ki, Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında peyvəndin klinik sınaqlarının ikinci və sonuncu mərhələsinin sona çatmaq üzrə olduğunu bildirib.

“Klinik sınaqlar tamamlandıqdan dərhal sonra peyvəndin dövlət tərəfindən qeydiyyatı məsələsi həll ediləcək”, – deyə A.Kuznetsov qeyd edib.

Paylaş

 Xəbəriniz olsun