Corc Floydu öldürən polisin işlədiyi bölmə ləğv edilir

  • Space TV
  • 8 İyun 2020 12:12

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığına və davam edən etirazlara reaksiyalardan sonra Corc Floydu öldürən polisin işlədiyi bölmənin bağlanacağı bildirilib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə şəhər şurasının sədri Lisa Bender açıqlayıb:

“Şəhərimiz Minneapolis Polis Bölməsi ilə zəhərli əlaqələrinə son qoymağı planlaşdırır”.

O qeyd edib ki, ictimai təhlükəsizliyi təmin edəcək yeni bir sistem yaradılacaq.

Minneapolis şəhərinin Bələdiyyə başçısı Yacob Frey polis bölməsinin ləğv edilməsini dəstəkləmir. İslahat təklif edən Y.Frey Minneapolis şəhər şurasında əksəriyyətin verdiyi qərara veto qoya bilmir.

Təxminən iki həftə davam edən etiraz aksiyalarında nümayişçilər polis zorakılığına qarşı qurumun maliyyə qaynaqlarının kəsilməsini, azaldılmasını və hətta ləğv edilməsini tələb edirlər.

Paylaş

 Xəbəriniz olsun