Çörəyimizə zəhər qatanlar

  • SpaceTV
  • 30 İyul 2020 17:20

Paytaxt sakini marketdən aldığı 10 kiloqramlıq unun içərisindən siqaret kötüyü çıxıb.Maştağa sakini Rəhilə Ağaverdiqızı məhsulu aldığı marketə gedərək başına gələnləri  market sahibinə desədə,marketin sahibi  bu xoşagəlməz hadisənin onlara aidiyyatının olmadığını  unu istehsal edən “Karmen firmasına” müraciət etməli olduğunu deyib

Şikayətçi deyir ki, sözügedən firmanın məhsulunu illərdir ki, istifadə edir,dəfələrlə aldığı unun içərisindən başqa əşyalarda çıxıb,ancaq heç zaman buu ciddiyə almayıb, elə market sahibidə istehlakçının dediklərini təsdiqləyərək bu müəssisənin istehsal etdiyi unun içərisindən başqa əşyaların çıxdığını alıcılar tərəfindən unun geri qaytarıldığını dedi

Bəs bu firmanın dəyirmanlarında un antisanitar şəraitdə hazırlanır yoxsa istehsal prosesinə nəzarət yoxdur?.Maraqlısı isə odur ki,un kisəsinin  üzərində qeyd olunan nömrəyəşikayətçinin zəng vurmasını  məsləhət görən şirkət rəhbərliyi heç özləri bu nömrə ilə  əlaqə saxlaya bilmədilər.

Firmanın departament müdiri iddia edir ki, Karmen firmasının içərisindən yad əşyanın çıxması mümkünsüzdür, ancaq buna baxmayaraq vətəndaşın şikayəti araşdırılacaq

Məlumat üçün bildirək ki, unun və ya çörəyin içərisindən yad əşyaların və məhsulların çıxması  halları tez tez baş verir.Mövzunu davam etdirəcəyik

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun