Çörəyini daşdan çıxaranlar – VİDEO

  • Space TV
  • 3 Sentyabr 2020 12:02

Mişar daşlarının qiyməti bahalaşır. Ötən illə müqayisədə qiymətdə 10 qəpiyə qədər artım var. Space TV-nin xəbərinə görə, satıcılar bahalaşmanı daş karxanalarının fəaliyyəti ilə əlaqələndirirlər. Hazırda xüsusi karantin rejimi ilə əlaqədar tikinti sektorunda baş verən durğunluq daş bazarında da özünü göstərir.

Qiymət artımının bir səbəbi kimi daş karxanalarının sayının azalması göstərilir. 3 il əvvəl Azərbaycanda 800-dən artıq daş karxanası var idisə, artıq 500-nün fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri fəaliyyətlərini dayandırıblar. Hazırda bu say 300-ə enib. Tələblərə uyğun fəaliyyət göstərən karxanaların isə, sayı çox azdır.

Təəssüf ki, daş emalı sexləri ilə bağlı vəziyyət də eynidir. Məsələn, paytaxtın Zığ qəsəbəsində yaşayış binasının bir addımlığında fəaliyyət göstərən bu sex sakinlərin narazılığına səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Space TV”-yə bildirildi ki, hazırda daş karxanaları ilə bağlı monitorinqlər aparılır. Qanuna uyğun şəkildə, müasir texnologiyalarla işləyənlər fəaliyyətini davam etdirəcək.

Paylaş

 Xəbəriniz olsun