Çörəyi dənizdən çıxanlar

  • Space TV
  • 3 Dekabr 2019 15:29

Xəzərin sahilində əsasən balıqçılıqla məğul olan Şahağacı kəndinin sakinləri həm də balıqqulağı toplayıb satırlar. Balıqqulağı dəniz kənarında yaşayan 50-dən çox ailənin qazanc mənbəyidir. Molyusk qabıqlarını cənub rayonlarının sakinlərindən başqa Bakıdan gəlib alanlar da olur. Balıqqulağılar bəzi eksponatların təmir-bərpası və ona yaraşıq vermək üçün istifadə olunur. Sakinlərin sözlərinə görə, kənlərində çıxarılan balıqqulağılar iriliyinə və rənginin ağ olmasına görə seçilir. Kənd təsərrüfatında da tətbiq olunması ona olan tələbatı artırır.

“Balıqqulağıdan nə kimi istifadə olunur ki, alan olsun” deyə fikirləşirsinizsə, yanılırsınız. Onlardan palçıqlı yollarda gediş-gəlişi rahatlaşdırmaq üçün və ən əsası tikinti zamanı suvaq işlərində geniş istifadə olunur. Alaq otları bitməsin deyə məzarların üzərinə balıqqulağı tökənlər də az deyil, hələ dekorativ işlər üçün istifadə edənləri demirik.

Qeyd edək ki, balıqqulaqları rütubətin də qarşısını almaqda köməklik göstərir. Bu da cənub bölgəsinin iqlim şəraiti üçün vacib məsələdir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun