Çörək sexində partlayış

  • Space TV
  • 29 Noyabr 2019 14:06

Şəhərdə fəaliyyət göstərən çörək sexində  partlayış baş verib.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Araşdırmalarla məlum olub ki, ümumi sahəsi 1000 m2 olan, bir dam altında tikilən obyektlərdən sahəsi 60 m2 olan çörək bişirmə sexində qazsızma nəticəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış nəticəsində çörək sexində çalışan 58 yaşlı Məlahət Məmmədova yanıq xəsarətləri alıb, yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Partlayış dalğasının təsirindən sexin pəncərə şüşələri dağılıb.Bitişik tikililərin dərhal yanğından mühafizə tədbirləri hayata kecirilib ,yanğın qısa müddətdə söndürülüb. Faktla bağlı araşdırmalar aparılır.

Ilkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun