Con Bolton istefa verdi

  • SpaceTV
  • 11 Sentyabr 2019 14:09

Prezident Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

Space TV məlumat verir ki, ABŞ Prezidenti Con Boltona xidmətlərinin artıq Ağ Evdə lazım olmadığını bildirib. “Mən onun bir çox məsləhətləri ilə razılaşmırdım,  buna görə Condan istefasını istədim və o da istefasını verdi”. Tramp Con Boltona xidmətlərinə görə təşəkkür edib. 

Con Bolton Trampın açıqlamasından sonra, twitter səhifəsində istefa təklifini ilk olaraq Trampa təqdim etdiyini, Trampın isə bu məsələ ilə bağlı “sabah danışarıq”, cavabını verdiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun