Cocuq mərcanlı kəndinə səfər

  • SpaceTV
  • 28 Noyabr 2019 18:04

Qonaqlar Cocuq Mərcanlı kəndində sakinlərlə görüş keçirilib. Qonaqlara Cocuq Mərcanlı kəndi haqqında məlumat verib. Türkiyə-Azərbaycan dostluğundan danışan Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık deyib.

Qonaqlar Cocuq Mərcanlı kəndində tam orta məktəb, uşaq bağçası və məscidlə tanış olub, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri ilə görüşüblər. Sonra Füzuli rayonunun Qazaxlar və Mirzənağılı kəndlərində sakinlərlə görüş keçirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Kərəm Kınık bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə tanımış torpaqları işğal olunub, köçkünlər ordusu yaranıb, onların huquqları pozulub. Dünya birliyi isə hələ də buna göz yumur. Biz Azərbycana bundan sonra da dəstək olacağıq, deyə qonaq əlavə edib.  

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun