Co Bayden rəsmən Trampa rəqib oldu

  • Space TV
  • 19 Avqust 2020 10:12

ABŞ-ın Demokratlar Partiyası rəsmi şəkildə keçmiş vitse-prezident Co Baydenin prezidentliyə namizədliyini irəli sürüb.

Spacetv.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, virtual keçirilən qurultayın səsverməsinin nəticələrinə əsasən, C.Bayden  partiya nümayəndələrinin daha çoxunun dəstəyini qazanıb.

Birləşmiş Ştatalarda noyabrın 3-də keçiriləcək prezident seçkilərində C.Bayden hazırkı prezident Donald Trampa rəqib olacaq.

Paylaş

 Xəbəriniz olsun