Co Bayden ABŞ-da açılan ilk seçki məntəqəsində bütün səsləri qazandı

  • Space TV
  • 3 Noyabr 2020 12:29

ABŞ-da prezident seçkilərində demokratlardan olan namizəd Co Bayden seçki üçün açılan ilk məntəqədə üstünlük qazanıb.

Spacetv.az CNN-ə istinadən xəbər verir ki, Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsindəki sakinlər təkcə ona səs verib.

Qeyd edək ki, qəsəbə sakinləri 2016-cı ildə demokratlardan olan namizəd Hilari Klintona səs veriblər.

Xatırladaq ki, ABŞ-da 1960-cı ildən etibarən, ənənəvi olaraq ilk seçki məntəqəsi sözügüdən qəsəbədə açılır.

Paylaş

 Xəbəriniz olsun