Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi

  • SpaceTV
  • 26 Oktyabr 2020 10:52

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden hər diktatoru alqışlayan Donald Trampı Birləşmiş Ştatlar üçün daha az təhlükə kəsb etmədiyini söyləyib.

Spacetv.az xəbər verir ki, C.Bayden bu barədə CBS telekanalına verdiyi müsahibəsində deyib.

C.Bayden ABŞ-la ən böyük rəqabət aparan ölkənin Çin olduğunu hesab edir.

“Düşünürəm ki, təhlükəsizlik və ittifaqlarımızın məhv edilməsi baxımından ABŞ üçün ən böyük təhlükə Rusiyadır”, deyə ABŞ prezidentliyinə namizəd qeyd edib.

Paylaş

 Xəbəriniz olsun