Masallının Təzə Alvadı kəndində 20 hektar torpaqda çiyələk əkilib. İstixana şəraitində yetişdirilən çiyələk açıq sahədəkindən təxminən 10-15 gün tez yetişir. Hazırda məhsulun 1 kq-mı 2 manat, 2 manat 50 qəpiyə təklif edilir ki, bu da sərfəli qiymətdir.Xaricdən gətirilmiş çiyələk sortlarının hazır da sahələrdə yığım vaxtıdı.
Məhsuldarlığın artması, meyvələrin sulu və görkəmli olmasında suvarmanın da böyük rolu var. Bu baxımdan ərazidə artezian quyuları qazılaraq təsərrüfatda müasir damcı suvarma sistemi qurulub. Ərazidə müasir texnologiya əsasında qurulan saxlanma və soyudulma anbarları məhsulun istehlakçıya keyfiyyətini itirmədən, təzə çatdırılmasına imkan yaradır.
Məhsul daxili bazarla yanaşı, Rusiyaya da göndərilir. Koronavirus pandemiyası ilə bağlı fermerlər çiyələk satışında bir problem yaşamayıblar.
Hazırda çiyələk gündəlik yığılır. Quraq keçən iyun-iyul ayları istisna olmaqla, yığım sentyabrın sonuna kimi davam edəcək.
Rövşən Almasoğlu SPACE TV