Space.TV– Cəlilabadda çiyələk yığımı davam edir. Məhsulun ölkə bazarları ilə yanaşı xarici bazarlara da çıxışı təsərrüfatda çalışanların güzaranına müsbət təsir göstərib. Yüksək gəlir əldə edən təsərrüfat sahibləri əkin sahələrini genişləndirir. Bu da yeni iş yerlərinin yaranmasına səbəb olur. Hazırda hər bir fermerin təsərrüfatında orta hesabla 50-yə yaxın işçi çalışır.
Cəlilabadda çiyələk becərən fermerlər əsasən Türkiyədən və Amerikadan gətirilən sortlara üstünlük verir. Bu sortlar digər sortlardan məhsuldarlığı və xarici görünüşünə görə seçilir. Bu il havaların əlverişli keçməsi isə fermerlərə Aprel ayının əvvəlindən yığıma başlamağa imkan verib.Toplanan məhsul elə sahələrdə qablaşdırılaraq satışa çıxarılır.
Əsasən daxili bazarda satılan məhsullara ötən ildən Rusiya bazarlarında da təlabat artıb. Bu da qiymətlərin sabit qalmasına imkan verir.
Əvvəlki illərlə müqayisədə çiyələk sahələri iki dəfəyə qədər artırılaraq 420 hektara çatdırılıb. Bu da ilk növbədə yeni iş yerlərinin yaranmasına səbəb olub. Bu sektorda işlərin əsasən əl əmiyi ilə aparıldığından işçi qüvvəsinə daha çox ehtiyac yaranır. Orta hesabla mövsüm boyu təsərrüfatlarda kifayət qədər işçi çalışır.
Çiyələk yığımı Oktiyabr ayının sonlarına qədər davam edəcək. Orta hesabla hər hektardan 30 ton məhsul toplanılması nəzərdə tutulub.
Təyyar Nəsirli Space