Çiyələk əkininə başlanılıb

  • SpaceTV
  • 16 Noyabr 2019 15:27

Rayonun Şərəfə kəndində çiyələk əkininə maraq ildən ilə artır. Əkində əsasən yerli iqlimə uyğun olan çiyələk sortları əkilir. Şitillər daha çox Türkiyə və İsraildən gətirilir. İlk olaraq torpağa aqrotexniki qulluq göstərilir. Sahələr gübrələndikdən sonra əkinə başlanılır.  Əkində işçi qüvvəsinə tələbat çoxdur. Çəkiliş apardığımız 3 hektar çiyələk sahəsində hazırda 20 nəfər işçi çalışır. Hətta qonşu kəndlərdən də bura işçilər cəlb olunub. 
İllərdir bu sahədə çalışan təsərrüfatçı çiyələkdən yaxşı gəlir götürdüyünü deyir. Əkində daha çox Türkiyədən gətirilən çiyələk sortuna üstünlük verir. Çünki davamlılığı və uzaq məsafəyə daşınmasına görə bu sort çiyələklər daha əlverişlidir. 
Ötən il fermer çiyələk sahəsindən 70 tona yaxın məhsul toplayıb, bunun da 60 faizini Rusiya bazarlarına göndərib. İndi əkilən çiyələyin yığımına aprelin axırlarından başlanacaq.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun