Çiyələk gəlirli olduğundan Cəlilabadda bu sahə genişlndirilərək 400 hektara çatdırılıb. Hazırda sellefon örtüyü atında çiyələk əkini aparılır. Hədəfdə Cəlilabad çiyələyini Dubay və Ərəb ölkələrinə çıxarmaqdır.
Sentyabr ayında əkinə başlayan fermerlər artıq açıq sahələrdə əkini başa çatdırıblar. Hazırda qapalı şəraitdə çiyələk əkini davam edir.
Fermerlətin dediyinə görə, rayonda soyuducu kameraların quraşdırılması xarici bazarlara çıxış imkanları yaradıb. Bu da məhsulun satış qiymətinin artmasına səbəb olub. Mövsümün əvvəlindən çiyələyin Rusiya və Qazaxstan bazarlarına çıxarılması daxili bazarda da qiymətlərin sərfəli olmasına imkan verib. 1500 ton məhsul ixrac edən fermer- lər daxili bazarda çiyələyin hər kiloqramını 5 manata sata biliblər. Təsərrüfat sahiblərinin sözlərinə görə, gələn ildən ixrac olunan ölkələrin sayı arta bilər. Artıq bu istiqamətdə danışıqlar aparılır.
Danışıqlar baş tutarsa, Cəlilabad çiyələyi Rusiya və Qazaxstanla yanaşı, Dubay və digər Ərəb ölkələrinə də ixrac olunacaq.
Təyyar Nəsirli SPACE TV