Çip sənayesi tarixinin ən böyük satınalma əməliyyatı reallaşıb

  • Space TV
  • 14 Sentyabr 2020 15:58

ABŞ-ın texnologiya şirkəti “Nvidia” Yaponiyanın “Softbank”na məxsus çip istehsalçısı ARM-ı 40 milyard ABŞ dollarına satın alır.

Spacetv.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, çip sənayesi tarixinin ən böyük alış-verişi nəğd pul və səhm müqabilində həyata keçiriləcək. Belə ki, “Nvidia”nın hazırladığı satınalma paketi 21,5 milyard dollarlıq şirkət səhmlərini, 12 milyard dollarlıq nağd pulu, satınalma əməliyyatından sonrakı göstəricilərə əsasən 5 milyard dollar şərti ödəmə və ARM işçiləri üçün ayrılan 1,5 milyard dolları əhatə edir.

Müqavilənin Avropa İttifaqı, ABŞ, Çin və Böyük Britaniyanın tənzimləyici qurumlarının təsdiqindən sonra 18 ay ərzində tamamlanması gözlənilir.

Paylaş

 Xəbəriniz olsun