Çinin Uhan şəhərində 6 türk Türkiyəyə qayıtmaqdan imtina edib

  • Space TV
  • 1 Fevral 2020 12:49

Çinin Uhan şəhərində olan 6 nəfər Türkiyəyə qayıtmaqdan imtina edib.

SPACE TV bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. Nazir əlavə edib ki, həmin şəxslər könüllü şəkildə qayıtmaq istəməyiblər:

“Ümumilikdə 42 sərnişin təyyarəyə mindi. Tibbi müayinə zamanı 42 nəfərin heç birində xəstəliyin əlamətləri aşkarlanmadı”.

Paylaş

 Xəbəriniz olsun