Çinin qırıcıları ABŞ-a məxsus təyyarədaşıyan gəmini hədəfə alıb

  • Space TV
  • 29 Yanvar 2021 16:39

Çinə məxsus qırıcı təyyarələr Tayvan adası yaxınlığında təlim uçuşları həyata keçirərkən ABŞ-a məxsus təyyarədaşıyan gəmiyə hücum imitasiyası ediblər.

“Financial Times” nəşri bu barədə ABŞ və müttəfiqlərinin kəşfiyyat məlumatlarına istinadən xəbər yayıb.

Mənbə iddia edir ki, insident Co Baydenin andiçməsindən bir neçə gün sonra həyata keçirilib.

Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.

Paylaş

 Xəbəriniz olsun