Çinin koronavirus peyvəndinin mutasiyalara qarşı effektli olduğu sübut edildi

  • Space TV
  • 19 Fevral 2021 15:48

Braziliyada aparılan araşdırmalar Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” peyvəndinin koronavirusun “Britaniya” və “Cənubi Afrika” ştammlarına qarşı effektli olduğunu göstərib.

“Hürriyet”in məlumatına görə, bu barədə “CoronaVac”ın Braziliyadakı testlərini aparan və Səhiyyə Nazirliyi üçün vaksini tədarük edən “Butantan” Biotibbi Mərkəzinin sədri Dimas Kovas danışıb.

“Peyvəndi İngiltərə və Cənubi Afrika variantlarına qarşı test etdik və yaxşı nəticələr əldə etdik”, – deyə D.Kovas bildirib.

Paylaş

 Xəbəriniz olsun