Çinin “Çanye-5” aparatı uğurla Yerə enib

  • Space TV
  • 17 Dekabr 2020 09:59

Aydan torpaq nümunələri toplayan Çinin “Çanye-5” pilotsuz kosmik aparatının kapsulu uğurla Yerə enib.

Spacetv.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Kapsul ümumilikdə iki kiloqram Ay qruntunu Yerə çatdırıb.

Qeyd edək ki, “Çanye-5” zondunun buraxılışı 2017-ci ilin noyabrına təyin olunsa da, “Çançjen-5” raket daşıyıcısında baş vermiş nasazlığa görə uçuş təxirə salınmışdı.

Paylaş

 Xəbəriniz olsun