Çinin ən zəngin adamı Avropaya 1,8 milyon maska bağışladı

  • Space TV
  • 12 Mart 2020 10:29

Çinin onlayn alış-veriş platforması olan “Alibaba” şirkətinin qurucusu və ölkənin ən varlı insanı olan Cek Ma koronavirusla mübarizə üçün daha bir addım atıb.

SPACE TV xəbər verir ki, Cek Ma Avropa ölkələrinə 1,8 milyon tibbi maska və 100 min virus təsbit edən aparat bağışlayıb. İş adamı məsələ ilə bağlı verdiyi açıqlamada əsasən İtaliyaya yardım ediləcəyini, virusun yayıldığı bütün ölkələrə də yardım göndəriləcəyini deyib.

Qeyd edək ki, Cek Ma ötən ay Yaponiya və Cənubi Koreyaya yardım üçün 1 milyon maska göndərmişdi.

Paylaş

 Xəbəriniz olsun