Çindən Azərbaycana gələn təhlükə

  • Space TV
  • 30 Yanvar 2020 16:17

Ölkəyə gələn bütün turistlər istər sərhəd keçid məntəqələrində, istərsədə Beynəlxalq hava limanında virusa qarşı yoxlandıqdan sonra girişlərinə icazə verilir.Çindən hazırda ölkəmizə hava uçuşları müvəqqəti dayandırlsada tranzit yollarla hər gün onlarla çin vətəndaşı Azərbaycana gəlməkdədir

Baş infeksonist deyir ki, hazırda təhlükəli virusa ölkəmizdə yoluxma halı qeydə alınmasada Çindən  Azərbaycana gələn turistlərin bu xəstəliyi ölkəmizədə yayması mümkündür.Çünki təhlükəli koronovirusa yoluxan insanda xəstəliyin əlaməti 12 gündən sonra baş qaldıra  bilir.Odur ki, Çində virusa yoluxan insanın səfər etdiyi ölkənin hava limanında müayinədən sağlam keçməsi mümkündür

Ötən gün səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən Çin restoranlarına vətəndaşların getməməsini tövsiyə etdi.Artıq illərdir ölkəmizdə çin vətədaşları bir çox sahələr üzrə biznes fəaliyyəti ilə məğuldurlar ki, bunlardan da biri restoran biznesidir.Koronovuris təhlükəsindən sonra paytaxda bir neçə çin restoranı fəaliyyətini  müvəqqəti dayandırıb.Ancaq buna baxmayaraq daha çox çinlilərin üz tutduğu restoranlardan biri hələlik  qapılarını öz müştərilərinin üzünə bağlamayıb

Çinlə Azərbaycan arasında ticarət əlaqələrinin geniş olmasını nəzərə alsaq sual olunur bəs ölkəyə gətirilmiş çin məhsulları vasitəsilə virusun yayılması mümkündürmü?

Onuda bildirək ki, artıq Çində koronovurusdan dünyasını dəyişənlərin  sayı 130 nəfəri ötüb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun