Çində yeni koronavirus dalğası başlayır: Yoluxanların sayı artdı

  • Space TV
  • 13 Aprel 2020 11:29

Çində koronavirus yenidən fəallaşıb. Belə ki, son sutkada ölkədə yeni 108 yoluxma halı qeydə alınıb.

SPACE TV bildirir ki, 6 həftə sonra ilk dəfə Çində yoluxma sayında artım müşahidə edilib. Sonuncu dəfə martın 5-də 143 yoluxma halı aşkarlanmışdı. Çin Beynəlxalq Səhiyyə Komissiyası qeydə alınan yoluxmaların 98-nin başqa ölkədən gələnlərdə aşkarlandığını açıqlayıb.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 82 min, ölənlər isə 3 min 341-dir.

Paylaş

 Xəbəriniz olsun