Çində xaos yaşanır: Ölü sayı 25 oldu – Virusun ilkin əlamətləri bunlardır

  • SpaceTV
  • 24 Yanvar 2020 12:47

Çinin Vuhan əyalətində meydana çıxan yeni tip koronavirusa yoluxanların sayı 830-a, ölənlərin sayı isə 25-ə yüksəlib.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, virusa yoluxanlardan 177-nin vəziyyətinin ağır olduğu bildirilir. Həmçinin, virusa yoluxan şəxslərlə təmasda olduğu üçün 8 min 420 nəfər nəzarət altına alınıb, 1072 nəfər isə “şübhəli” olaraq nəzarət altındadırlar.

Ölkənin bəzi bölgələrində fəaliyyət göstərən qurumlar, iş yerləri tətilə çıxıb, Hubey əyalətindəki bütün turizm agentlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Eyni zamanda ölkədə məktəblərin açılışı təxirə salınıb. Çinin Maliyyə Nazirliyi açıqlama verib ki, virusla mübarizə üçün 144 milyon dollar ayrılıb.

Qeyd edək ki, meydana gəldiyi bölgənin adı ilə “Vuhan virusu” olaraq adlandırılan bu koronavirus tənəffüs, asqırma və öskürək vasitəsi ilə hava yolu ilə keçir. Virusun ilkin əlamətləri yüksək hərarət, boğaz ağrısı, öskürək, nəfər darlığı və tənəffüsdə çətinlikdir.

Paylaş

 Xəbəriniz olsun