Çində sürücüsüz avtomobil istehsalı başladı

  • Space TV
  • 14 Dekabr 2020 12:17

Çinin şərqindəki Şandun əyalətində yerləşən avtomobil istehsalı bazası rəsmi olaraq kommersiya məqsədli istifadə üçün nəzərdə tutulan, 5G texnologiyalarından istifadə edilməklə alternativ enerji mənbələri ilə işləyən sürücüsüz avtomobillərin buraxılışına başlayıb.

Spacetv.az “Sinhua” agentliyinə istinadən xəbər verir ki, ekoloji cəhətdən təmiz enerji mənbəyinə malik ilk “ağıllı” avtomobil dekabrın 12-də Şandun əyalətinin inzibati mərkəzi olan Tszinan şəhərinin Layu rayonundakı istehsal xəttində konveyerdən çıxıb.

Avtomobil logistika xidmətində istifadə olunacaq.

“Allcheer Intelligent Automobile” şirkətinin maliyyəsi ilə “China Construction Electric Power Construction Co., Ltd” tərəfindən inşa edilən ilk istehsal xətti ildə 100 min “ağıllı” avtomobil istehsal edəcək.

Paylaş

 Xəbəriniz olsun