Çində ölümcül virus artıq 213 nəfərin həyatına son qoyub

  • Space TV
  • 31 Yanvar 2020 12:00

Bütün Çin ərazisində yeni koronavirusa yoluxanların sayı 9 356 nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, əvvəlki məlumata əsasən, xəstəliyə 7 711 nəfər yoluxmuş idi və 170 insan həyatını itirmişdi.

Başqa sözlə, Çində bir gün ərzində 2 minə yaxın insan bu xəstəliyə yoluxub, 43-ü isə ondan ölüb.

Paylaş

 Xəbəriniz olsun