“Çində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq”- Nazirlikdən AÇIQLAMA

  • Space TV
  • 29 Yanvar 2020 13:03

“Çinin Uhan şəhərində olan azərbaycanlı tələbələrin ölkəyə qaytarılması məsələsi diqqətimizdədir”.

SPACE TV xəbər verir ki,bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Nazir müavini deyib ki, bu məsələ dövlət səviyyəsində diqqətdə saxlanılır:

“Çinin Uhan şəhərində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq. Hazırda hökumət bilavasitə bu məsələ ilə məşğuldur. Eyni zamanda Təhsil Nazirliyi də mövcud vəziyyət nəzərə alınmaqla bu məsələnin həllinə çalışır”.

Paylaş

 Xəbəriniz olsun