Çində ölənlər təhqir edildi: ”Pokemonları basdırırlar”

  • SpaceTV
  • 6 Aprel 2020 16:02


Fransa telekanalının aparıcısı canlı yayım zamanı Çində ölənləri təhqir edib.

SPACE TV xəbər verir ki, BFM xəbər kanalında Çində Covid-19 səbəbi ilə ölən 3 min 326 vətəndaşlar üçün 3 dəqiqəlik hörmət əlaməti olaraq sükut elan edilib.

Bu zaman xəbər aparıcısı Emmanuel Lecpyra canlı yayımda olduğunu unudaraq ”Pokemonları basdırırlar” deyərək gülüb.Həmin dəqiqələrin əks olunduğu görüntülər sosial şəbəkələrdə sürətlə yayılmağa başlanıb.

Yaşanan bu olaydan sonra BFM kanalı irqçilikdə günahlandılıb.Kanal rəhbərliyi hadisələrin ardından ictimaiyyətdən üzr istəyib və bir həftəlik aparıcını işdən uzaqlaşdırıb.

Utancverici hərəkətinə görə isə aparıcı üzr istəyərək ”Mikrafonunun bağlı olduğunu düşündüyünü” açıqlayıb. 

Paylaş

 Xəbəriniz olsun