Çində naməlum virusdan ölənlərin sayı 4 oldu

  • SpaceTV
  • 21 Yanvar 2020 11:43

Çinin Hubey əyalətinin Uxan şəhərində koronavirusun yeni növündən 4-cü ölüm qeydə alınıb.

SPACE TV xəbər verir ki, bu barədə Uxan şəhərinin səhiyyə məsələləri üzrə Komitəsinin açıqlamasında deyilir. Açıqlamada bildirilir:

“Yanvarın 19-u gecə yarısı üçün Uxanda yeni növ koronavirusa 198 yoluxma faktı qeydə alınıb, 25 nəfər artıq xəstəxanadan evə buraxılıb, 4 nəfər ölüb”.

Bildirilir ki, ölən şəxs 89 yaşlı kişidir, xəstəliyin əlamətləri yanvarın 13-də qeydə alınıb, yanvarın 18-i nəfəs almaqda çətinlik çəkməsi səbəbindən xəstəxanaya yerləşdirilib, yanvarın 19-u saat 23:39-da isə həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Hazırda 169 nəfər müalicə alır, onlardan 10-u çox ağır, 35-i isə ağır vəziyyətdədir.

Paylaş

 Xəbəriniz olsun