Çində koronavirusla bağlı vəziyyət yaxşılaşır

  • Space TV
  • 11 Mart 2020 15:22

Çində koronavirusun yayılması ilə bağlı vəziyyət yaxşılaşmaqda davam edir.

Bu barədə TASS Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, son 24 saat ərzində 1578 nəfər sağalıb, cəmi 24 nəfər virusa yoluxub, 22 ölüm hadisəsi qeydə alınıb.

Ümumilikdə, ölkədə virusa yoluxan insanların sayı 80700 nəfərə çatıb.

Onlardan 61400 nəfəri sağalıb, 3158 nəfəri isə həyatlarını itirib.

Gün ərzində sağalmış insanların nisbəti 74,1%-dən 76,1%-ə yüksəlib.

Paylaş

 Xəbəriniz olsun