Çində koronavirusa yoluxma sayı yenidən artır

  • SpaceTV
  • 26 Yanvar 2021 13:36

Çində son 24 saatda koronavirusa 139 yeni yoluxma qeydə alınıb.

Bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Sözügedən hallardan 57-də koronavirus simptomsuz keçir. Ölkədə ümumi yoluxma hallarının sayı 89 254 olub.

Həmçinin son sutkada Çində koronavirusdan daha bir nəfər ölüb və ümumi ölüm hallarının sayı 4 636-ya çatıb.

Paylaş

 Xəbəriniz olsun