Çində koronavirusa görə kazinolar da bağlandı

  • Space TV
  • 4 Fevral 2020 12:52

Çin Xalq Respublikasının Makao inzibati rayonunun administrasiyasının rəhbəri Xe İçen koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bütün kazinoların bağlanılması haqqında göstəriş verib.

Bununla bağlı “RTNK” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, bu günə qədər Makao ərazisində on nəfərin koronovirusa yoluxduğu məlum olub.

Son məlumata görə, koronavirusdan ölənlərin sayı 521 nəfərə çatıb, 17 305 nəfər isə bu virusa yoluxub.

Paylaş

 Xəbəriniz olsun