Çində koronavirus dəhşəti: Ölü sayı bir gündə 41 oldu

  • SpaceTV
  • 25 Yanvar 2020 13:10

Çinin Xubey əyalətində yeni növ koronavirusdan ölənlərin sayı 24-dən 39-a yüksəlib.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl Çində yoluxanların sayı təxminən 900 nəfər idi və 26 ölüm hallarından 24-ü Xubey ərazisində qeydə alınıb. Ölənlərin ümumi sayı 41-ə çatıb.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

Paylaş

 Xəbəriniz olsun