Çində ilk dəfə özəl şirkət neft məhsullarının ixracına icazə alıb

  • Space TV
  • 10 Dekabr 2020 15:49

Çinin “Zhejiang Petroleum & Chemical” şirkəti ölkədə neft məhsullarını ixrac etmək icazəsi verilmiş ilk özəl müəssisə oldu.

Spacetv.az “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki Jeciang əyaləti hökumətinin verdiyi məlumata görə, şirkət Sinqapura 37 min tondan artıq benzin yüklənmiş gəmi yola salıb. Cari ildə şirkətin kvotası 1 milyon tondur.

Məlumata görə, bu tədbir ölkədə koronavirus epidemiyası üzündən ifrat dərəcədə artmış neft məhsulları ehtiyatlarını bir qədər boşaltmaq üçün kara gələ bilər.

Qeyd edək ki, adıçəkilən əyalətdə “Zhejiang Petroleum & Chemical” şirkətinin fəaliyyət göstərdiyi pilot sərbəst ticarət zonası ölkədə neft-qaz müəssisələrinin ən böyük klasteri sayılır. Mart ayının sonunda hökumət həmin bölgədə neft-qaz sənayesinin bütöv istehsal silsiləsinin, o cümlədən ixracatın tətbiqi üçün bir sıra addımlar təsdiq edib.

Paylaş

 Xəbəriniz olsun