Çində ilk dəfə gün ərzində virusdan ölən olmadı

  • SpaceTV
  • 7 Aprel 2020 11:52

Çində bu gün ilk dəfə yeni növ koronavirusdan həyatını itirən insan olmayıb.

SPACE TV xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yarandığı gündən bəri bunun ilk dəfə yaşandığını bildirib.

Qeyd edək ki, Çin virusu nəzarət altına almağı bacarıb. Son günlərdə ölü sayının digər ölkələrə nisbətən az olduğu Çin ölümlərin sayına görə dünyada İtaliya, İspaniya, Fransa, İngiltərə, İran və ABŞ-dan sonra 7-ci yerdə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun