Çində hotel çöküb, ölənlər var

  • Space TV
  • 29 Avqust 2020 11:30

Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının çökməsi nəticəsində azı 2 nəfər ölüb.

Spacetv.az xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, daha 10 nəfər dağıntılar altında qalmaqdadır.

Bildirilib ki, insident yerli vaxtla saat 09:40-da vilayətin Linfen şəhərinin Syanfen qəzasında baş verib.

Qeyd olunub ki, indiyədək 23 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.

Hadisəyə nəyin səbəb olduğu hələlik açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun