Çində günəş beş yerdə göründü

  • SpaceTV
  • 17 Fevral 2020 17:16

Çinin Daxili Monqolustan bölgəsində yerli sakinlər günəşi beş yerdə görüblər.

NDTV-nin xəbərinə görə, bu hadisə sübh zamanı baş verib.

Hadisə sakinlər tərəfindən videoya çəkilib və internetdə geniş müzakirələrə səbəb olub.

Bu hadisənin havanın həddindən artıq çirklənməsi səbəbindən baş verdiyini düşünənlər də olub.

Belə nadir optik illüziya günəş şüaları səmada düz formada altıbucaqlı buz kristallarından keçəndə baş verir.

Belə görünüşün yaranması üçün temperaturun mənfi 20 dərəcə olması tələb olunur.

Paylaş

 Xəbəriniz olsun