Çində etirazlar davam edir – Polis rəisi dəyişdirildi

  • SpaceTV
  • 19 Noyabr 2019 11:22

Çin hökuməti kütləvi etiraz aksiyaları fonunda xüsusi inzibati bölgə olan Honkonqda polis rəhbərinin dəyişdirilməsi ilə bağlı qərar verib.

SPACE TV  xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Bildirilir ki, belə bir təklif Honkonq administrasiyasının rəhbəri Kerri Lam tərəfindən irəli sürülüb.

Honkonq şəhər polisinə rəhbər kimi Den Bintsyan təyin olunub. O bu vəzifədə Lu Veytsunu əvəz edəcək.

Paylaş

 Xəbəriniz olsun