Cinayət

  • SpaceTV
  • 5 Dekabr 2019 14:49

Rayonun Aşağı Yüzbaşılı kəndində 31 yaşlı Orxan Bəhlul oğlu Məmmədov güllələnib. 

Məlum olub ki, Orxan  Məmmədov ölən atasına borclu olan Yüzbaşılı kənd sakini Cəbrayıl İsmayılovdan pulu ödəməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə Cəbrayıl  İsmayılov odlu silahdan atəş açaraq, Orxan Məmmədovu yaralayıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır. 

İlkin məlumata görə, Cəbrayıl  İsmayılovun Orxan  Məmmədovun bir neçə il əvvəl ölən  atası Bəhlul Məmmədova 60 000 manat borcu olub. Ağdam rayon Prokurorluğundan “Hər gün”ə verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 63 yaşlı  Cəbrayıl İsmayılovun 31 yaşlı  Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Cəbrayıl İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun