Cinayət işi başlanılıb

  • SpaceTV
  • 15 Avqust 2019 15:41

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu  restoranda baş verən   kütləvi dava ilə bağlı birgə məlumat yayıb. 

Məlumatda bildirilir ki, qonaqlar arasında yaranmış mübahisə zamanı 4 nəfərə kəsici alətlə xəsarət yetirilib. Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaq zamanı Elton Ağababayevin əsaslı səbəb olmadan bıçaqla Seymur və Telman Hüseynovlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun