Cin, yoxsa qonşu?

  • SpaceTV
  • 14 Oktyabr 2019 18:30


Ağstafa rayonunun   Qıraq kəsəmən kəndinin sakininin evi  hər gün  daş qalaq  edilir  . Maraqlısı budur ki ,  gözə  görünməyən bu varlıq    nəinki  ev sahibini  həmdə  kəndi   vahiməyə salıb  .

Ev sahibi  deyir  ki, elə ki  hava  qaraldı   evə   yığışdıq  qəfil  daş yağışı başlayır  .  Daş əsasən  evin həyətinə  eyni  zamanda  çardağa  atılır   .  Hətta  bir  neçə  dəfə   həyətin giriş qapısı olan  dəmir  qapıda  daşla  əzilib .

Evin  qızı olan  Elnarə də   bildirir  ki  son bir neçə  ayda  rusiyadan  ata   yurduna   gəlib .   O vaxtdan bəri  isə  evdə olan körpələridə  hadisənin   təsirindən səksəkə  içindədir  .

Ailə  bu  kimi hadisədə   cin-şeytan əməli  axtarmasa da  bunu  kim tərəfindən  törədilməsinə  çalışıb.  Hətta bu işdə   bəzi  qonşularda   hadisə  baş verən  zaman  dərhal  küçəyə   çıxsalar da  kimsəni  görməyə  müvəffəq ola bilmirlər.  Bir sözlə şeytan cildində olan  törəmənin kim olması isə   hər kəsə maraqlıdır .

Maraqlısı  odur ki,  daşın gəldiyi istiqamətdə  ev sahibinin  kirvəsi  qalır . Həmin  qonşu  Vəliyeva  Kəklik  bildirdiyinə görə   onun həyat yoldaşı  avtomobili  həyətdə   saxlayanda və yaxud  evdən çıxdıqdan 5  dəqiqə  sonra  qonşunun  həyətinə   daşlar  atılmağa  başlayır.   

Baş verən   hadisəni  Ağstafa  polisi  araşdırır. Yaxın vaxtlarda  cinin şeytanın obrazında  sakinlərin rahatlığını  pozanın kimliyi  yəqinki  məlum olacaq.     

Vasif  Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun