Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək

  • Space TV
  • 8 Sentyabr 2020 10:37

Çin əcnəbilər tərəfindən xristianlığın yayılmasına qarşı mübarizəni sərtləşdirmək niyyətindədir.

Spacetv.az xəbər verir ki, bu barədə “South China Morning Post” xəbər yayıb.

Çində yaxın gələcəkdə yeni qaydaların qüvvəyə minməsi gözlənilir. Buna əsasən, xarici müəllimlərin inanclarını icazəsiz təbliğ etmələri qadağan olunacaq.

Bundan əlavə, hökumət qadağan olunmuş siyahıda yer alan yeni dinlərin “pis ibadət praktikaları”nın qarşısını almağı tələb edəcək.

Mütəxəssislər qeyd edir ki, səlahiyyətlilər bu yolla İncilin və xristianlığın sərbəst müzakirəsi üçün son fürsəti əngəlləyirlər.

Paylaş

 Xəbəriniz olsun