Çin xarici ölkələrə milyardlarla tibbi maska satışını həyata keçirib.

  • SpaceTV
  • 30 May 2020 11:24

Bir çox ölkələr – Flippin, Türkiyə, Niderland və İspaniya Çinin koronavirus əleyhinə məhsullarının  standartlara cavab vermədiyini bəyan edib. Niderland hökuməti, Çindən idxal olunan 600 min dollarlıq maska keyfiyyət standartlarına cavab vermədiyi üçün geri qaytarıb. Almaniya da Çindən aldığı 108 milyon maskanın 5-də bir hissəsinin, təqribən 21 milyonunun yararsız olduğunu açıqlayıb.  Çin şirkətləri isə bu iddiaları qəbul etmir, hökuməti məsələnin  siyasiləşdirildiyini bəyan etməklə bu işlərdə Qərb mediasını günahlandırır.

Qeyd edək ki, bu gün Azərbaycan bazarında da Çindən idxal olunan maskalar var və heç də hamı ondan razı deyil.  Ekspert Eyyub Hüseynov da Çin istehsalı maskaların  bir neçə ölkə tərəfindən geri qaytarılmasını təsadüfi hesab etmir.

Ölkəmizdə maska istehsal edən fabrikin fəaliyyətə başlaması ilə qoruyucu vasitələrin xaricdən idxalı azalıb. Azərbaycanda istehsal olunan maskalar isə standartlara uyğundur və  3 qatdır. Qatlar arasında antibakterial xüsusi təbəqə var.Virus çox kiçik olduğuna görə antibakterial qatın olması vacibdir.

Bəs apteklərdə necə, öz ölkəmizin istehsalı olan maskalara üstünlük verilir, yoxsa xaricdən idxal olunan? Bunu öyrənmək üçün üz tutduq paytaxt ərazisindəki bəzi apteklərə…

Qeyd edək ki, Azərbaycan da maska istehsalına aprelin 6-dan başlanılıb.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun