Çin və Hindistan mübahisəli bölgədə qoşun yerləşdirir

  • Space TV
  • 10 Fevral 2021 15:39

Çin və Hindistan aralarındakı mübahisəli sərhəd ərazisinə sinxron olaraq qoşun yerləşdirməyə başlayıb.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi bildirib.

Çin Müdafiə Nazirliyinin sözçüsü U Syan deyib ki, ordu komandanlığı səviyyəsində tərəflər arasında aparılan danışıqların 9-cu raundunda əldə edilən konsensusa əsasən, Hindistan və Çin qoşunları fevralın 10-dan Panqonq-So gölünün şimal və cənub sahilində planlaşdırılmış şəkildə sinxron olaraq qoşun yerləşdirməyə başlayıb.

Paylaş

 Xəbəriniz olsun