Çin səfiri: “Güclü ol, İran”

  • SpaceTV
  • 26 Fevral 2020 15:32

Çinin İrandakı səfiri Çanq Hua Çunyinq dövlətinin adından İrana 6000 tibbi maska verdiyini deyib.

SPACE TV  bildirir ki, bu barədə o, öz “Twitter” hesabında yazıb.

Hua Çunyinq İranın bu vaxta qədər Çinə 3 000 000, Çinin isə İrana 250 000 tibbi maska göndərdiyini bildirib.

Bundan başqa, səfir Çindən göndərilən yeni növ koronavirus aşkarlama cihazlarını İranda təhvil verib.

O, “Güclü ol, İran” deyərək, Çinin koronavirusla bağlı İrana kömək etməyə davam edəcəyini qeyd edib.

Paylaş

 Xəbəriniz olsun