Çin ordusu 200 tankını Şərqi Ladaxdan çıxardı

  • Space TV
  • 12 Fevral 2021 11:13

Çin Şərqi Ladaxdakı Hindistan qoşunları ilə təmas bölgəsindən 200 tankını çıxarıb.

Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

“Hindistan və Çin fevralın 10-da səhər Şərqi Ladaxdakı qoşunlarını geri çəkilməyə başlayıblar. Cümə axşamı Çin Xalq Qurtuluş Ordusu sərhəd gölü Panqonq Tsonun cənub sahilindən 200-dən çox döyüş tankını geri çəkib və digər hərbi texnikanın Ladaxdan köçürülməsi üçün azı 100 ağır nəqliyyat vasitəsi cəlb edib”, – deyə qeyd edilir.

Hindistan ordusunun da zirehli maşınlarını Ladaxdan çıxaracağı bildirilib.

Bundan sonra tərəflər qoşunların Ladaxdakı digər bölgələrdən çıxarılması ilə bağlı danışıqlara başlayacaqlar.

Xatırladaq ki, Hindistan-Çin sərhədindəki Ladax, o cümlədən Panqonq Tso gölü bölgəsindəki vəziyyət keçən ilin may ayının əvvəlində təxminən 250 Çin və Hindistan əsgərinin iştirakı ilə baş verən qarşıdurmalardan sonra kəskinləşib.

Paylaş

 Xəbəriniz olsun