Çin mediasına casusluq etməkdə ittiham olunan üç nəfər Britaniyadan çıxarıldı

  • Space TV
  • 5 Fevral 2021 14:15

Son bir ildə Böyük Britaniya səlahiyyətliləri özlərini jurnalist kimi təqdim edərək Çinə casusluq edən üç nəfəri ölkədən çıxarıb.

Spacetv.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” hökumətdəki mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, bu vətəndaşlar Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin kəşfiyyatına xidmət edib və jurnalist vizaları ilə Britaniyaya gəliblər. Adları çəkilməyən həmin şəxslərin üç fərqli Çin mediasına işlədiyi iddia edilir.

Casusların həqiqi şəxsiyyətləri Britaniya əks kəşfiyyatı tərəfindən müəyyənləşdirilib.

Paylaş

 Xəbəriniz olsun