Çin koronavirusa təsir edən dərmanın adını açıqladı

  • SpaceTV
  • 18 Mart 2020 11:04

Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Zanq Xinmin koronavirusa təsir edəcək dərmanın adını açıqlayıb.

“HaberGlobal” məlumat verir ki, Z.Xinmin “Favipiravir” adlı dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyini deyib.

O, bu qənaətə 80 xəstə üzərində tədqiqat apardıqdan sonra gəlib.

Z.Xinmin dərmanın yan təsirlərinin olmadığını da vurğulayıb.

“Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə satıldığı qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun