Çin koronavirus peyvəndinin insanlar üzərində sınaqlarına başladı

  • Space TV
  • 28 Aprel 2020 12:04

Çinin Vuhan Virologiya İnstitutu, Vuhan Biologiya Məhsulları İnstitutu və Çin Beynəlxalq Senaye Qrupuna daxil “Sinophram” firması tərəfindən koronavirusa qarşı hazırlanan peyvəndin insanlar üzərindən sınaqdan keçirilməsinə başlanılıb.

SPACE TV  xəbər verir ki, peyvəndin sınaqlarına 96 nəfər könüllü şəxs qatlıb. Peyvəndin təhlükəsizliyinin yoxlanıldığı ilk mərhələ uğurla tamamlanıb. Peyvəndin sınaqlarının 1 il müddətinə tamamlanacağı qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl İngiltərənin Oksford Universiteti koronavirus peyvəndini 2 könüllü üzərində test etmişdi.

Paylaş

 Xəbəriniz olsun